“Mingəçevir” Füzuli Məmmədovu göndərir EKSKLÜZİV

03.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasına vəsiqə qazanmaq üçün Birinci Liqada gərgin mübarizə davam edir. Elitaya yüksələcək 3 komanda arasına düşmək üçün iddialı olan kollektivlərdən biri də “Mingəçevir”dir.
Apasport.az saytına verilən məlumata görə, yaxın keçmişdə yeni sponsoruna qovuşmuş “Mingəçevir”də baş məşqçi dəyişikliyinin yaşanması an məsələsidir.
Belə ki, Birinci Liqa təmsilçisi baş məşqçi Füzuli Məmmədovla yollarını ayıracaq.
Buna səbəb Məmmədovun rəhbərliklə bəzi məsələlərdə fikirlərinin üst-üstə düşməməsidir. 
Bir başqa iddialara görə isə, mütəxəssisin futbolçularla kobud ünsiyyəti və müxtəlif söz-söhbətlərin səngiməməsi yeni rəhbərlikdə narahatlıq yaradıb.
“Mingəçevir”in yeni baş məşqçi namizədləri də hazırdır. Qısa müddətdə postu təhvil alacaq mütəxəssisin adına aydınlıq gələcək. Namizədlərdən biriylə artıq danışıqlar da başlayıb.
Qeyd edək ki, “Mingəçevir” 19 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

De Bleker bu dəfə tərəf tutmadı: "Penalti gözləyirdik" “Sabah”ın məşqçisinə 5 oyunluq cəza AFFA klubları cəzalandırdı Rusiya komandaları beynəlxalq yarışlara qayıdır? - İnfantinodan açıqlama Azərbaycan Kuboku: 21 ildən sonra ilk dəfə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью