Mingəçevir i daha bir futbolçu tərk etdi

30.08.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında hazırlaşan "Mingəçevir"i daha bir futbolçu tərk edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, geridə qalan "futbol ili"ndə "Karvan"ın formasını geyinmiş Roman Hüsenovdur.

Hücumameyilli yarımmüdafiəçi "işıqçılar"ın təklif etdiyi şərtlərlə razılaşmadığı üçün iş yerini dəyişmək qərarına gəlib. O, artıq digər 1-ci Liqa komandası "Difai"yə qoşulub. Roman "fədailər"in dünən 2-ci Liqa komandası "Quba"ya qarşı keçirdikləri yoxlama oyununda iştirak edib.

Xatırladaq ki, 27 yaşlı Hüseynov "Qəbələ"nin yetirməsidir.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью