Mingəçevir in darmadağına dublla töhfə verən hücumçusu belə danışdı

21.11.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1-ci Liqanın 8-ci turunda MOİK-in qonağı olan "Mingəçevir" bu mövsüm bərbad çıxışla yadda qalan "hərbçilər"i 3 cavabsız qolla yendi. Qonaqların darmadağına dublla töhfə verən hücumçusu Məhəmməd Səfərovla əlaqə saxlayıb fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çox sevincliyem. Mənə güvəndiyi, şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oyuna çox yaxşı hazırlaşmış, məşqlərdə səylə çalışmışdıq. Çəkdiyimiz əziyyətin bəhrəsini gördük. 

İki qol vurdum. Komandama kömək edə bildiyim üçün çox xoşbəxtəm. Əsas olan 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Növbəti oyunlara daha da ciddi hazırlaşıb xallar toplamağa çalışacağıq".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью