Mingəçevir in məşqçiləri maaş üzünə həsrət qalıb EKSKLÜZİV

05.06.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Mingəçevir"də maliyyə ilə bağlı sıxıntı yaşanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik üzərinə düşən öhdəçiliyi yerinə yetirmir.

Ötən qış "Nur şəhəri"nin təmsilçisini himayəyə götürən "ASTA" şirkəti  futbolçuların maaşlarını versə də, məşqçilər korpusu 2 aydır məvacib üzünə həsrətdi. Sonuncu dəfə apreldə pul üzü görən məşqçilər rəhbərliyin "bu gün və ya sabah olacaq" vədindən artıq bezib.

Qeyd edək ki, "Mingəçevir" başa çatan mövsümdə I Liqada 4-cü yeri tutub.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью