Mingəçevir in müdafiəçisi Şahdağ Qusar la oyundan öncə belə danışdı

30.09.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

1-ci Liqanın iddialılarından olan "Mingəçevir" 4-cü turda "Şahdağ Qusar"ın qonağı olacaq. Sabah baş tutacaq oyun Qusar təmsilçisinin müvəqqəti sığındığı Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. "İşıqçılar"ın müdafiəçisi Rəhim Cəfərli ilə əlaqə saxlayıb debütantla səfər matçından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Komandada ab-hava çox yaxşıdır. Rəqibi təhlil etmişik. Zəif və güclü tərəflərini bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Məqsədimiz çempionluqdur. Bütün qarşılaşmalara qələbə üçün çıxırıq. Mingəçevirlilərdən də xahişim budur ki, bizi çempionluq uğrunda mübarizədə tək buraxmasınlar. Azarkeşlərimiz bizim üçün çox şey deməkdir. Əl-ələ verərək uğura doğru addımlamalıyıq. "Şahdağ Qusar"la görüşdə də onları sevindirmək üçün bütün gücümüzü meydanda qoyacağıq".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью