Mingəçevir in npvbəti rəqibi bilindi

20.08.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

1-ci Liqa təmsilçisi "Mingəçevir" növbəti yoxlama oyununu avqustun 23-də keçirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektiv "Gəncəbasar"la qarşılaşmağı planlaşdırır.

Matçın avqustun 23-də, Mingəçevirdə keçirilməsi planlaşdırılır.

Yeni mövsümə "Baku Sportinq"in sabiq baş məşqçisi Elman Sultanovun rəhbərliyi altında hazırlaşan "Mingəçevir" qarşıdakı "futbol ili"nin hazırlığına avqustda başlayıb. Komanda daha öncə bu yay 1-ci Liqa komandaları - "Karvan-Yevlax" və Şahdağ Qusar"la sınaq matçlarına çıxaraq hər ikisinə 0:3 hesabı ilə uduzub. Daha sonra 2-ci Liqa təmsilçisi "Hypers" (Bərdə) ilə yoxlama görüşü keçirən "işıqçılar" 3:2 hesablı qələbə qazanıb.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью