Mingəçevir in sınaq görüşlərindəki rəqibləri bilindi

10.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni mövsümün hazırlıqlarına gec başlayan "Mingəçevir" baş məşqçi Elman Sultanovun rəhbərliyi altında seleksiya məşqlərini davam etdirir.

Klubdan Fanat.Az-a verilən məlumata görə, heyət hələ formalaşmayıb.

Hərçənd "işıqçılar"ın keçirəcəyi iki yoxlama oyununun tarixi və bu matçlarda üz-üzə gələcəyi rəqiblərin adları bəlli olub. Sözügedən kollektiv avqustun 11-də "Karvan-Yevlax", 14-də isə "Şahdağ Qusar" ilə qarşılaşacaq. Hər iki görüş Mingəçevirdə baş tutacaq.

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Toğrul 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью