Mingəçevir lə vidalaşan Ramiz Məmmədov bu komandaya baş məşqçi təyin edildi

07.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1-ci Liqa klubu "Mingəçevir"lə vidalaşan Ramiz Məmmədovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən çalışdırıcı elitadan düşən "Karvan-Yevlax"la müqavilə bağlayıb.

Yevlax təmsilçisi Məmmədovun baş məşqçi postuna gətirildiyini açıqlamasa da, onun artıq heyətə yeni oyunçular cəlb etməyə başladığı dəqiqidir.

Xatırladaq ki, 1-ci Liqadakı mübarizəni 2-ci pillədə tamamlayan "Migəçevir" Misli Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

Elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan Füzuli Məmmədov aran təmsilçisini "Şahdağ Qusar"a dəyişib. 

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью