Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1-ci Liqa təmsilçisi "Mingəçevir"in milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dönəmi üçün hazırlıq planı müəyyənləşib.
Bu barədə klubun mətbuat sözçüsü Elnur Qasımov Fanat.Az-a məlumat verib:
"Məşqlər bugündən başlayır. Sentyabrın 25-də "Şahdağ Qusar"la yoxlama oyunu keçirməyi planlaşdırırıq. Görüş Bakıda təşkil olunacaq. Əlavə də oyun ola bilər, rəqib axtarışındayıq".
Qeyd edək ki, "işıqçılar" ilk 3 turda 1 xal qazanıblar və turnir cədvəlində 8-ci yerdədir. Açılış turunda öz meydanında "Zaqatala" ilə 2:2 hesablı məhsuldar bərabərliyə razılaşan "Mingəçevir" ardından qonaq qimsində "Səbail"ə (1:2) və son oyunda evdə "Gəncəbasar"a (0:3) uduzub. Aran təmsilçisi 4-cü turda səfərdə MOİK ilə üz-üzə gələcək.
1-ci liqaya üç turda maksimum nəticə əldə edən "Şahdağ Qusar" liderlik edir.
Mirağa