“Mingəçevir Reqatası 2026”: Azərbaycan ilk gündə dörd medal qazanıb

29.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Füzulidə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq başa vurublar.

XQ xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə Əlimurad Hacızadə birinci, Nuran Rəhimli isə ikinci yerə layiq görülüb.

Bürünc medalları isə Azərbaycan təmsilçiləri Hüseyn Səmədli və Elmir Tarverdiyev qazanıblar. Hüseyn Səmədli 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kanoe qayığı üzrə 200 metr məsafədə, Elmir Tarverdiyev isə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə üçüncü yerə layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью