Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində bu gün son yarışlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkil etdiyi turnirin yekun mərhələsi Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Azərbaycanın gənc avarçəkənləri yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə 11 medal qazanıblar.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edir.