“Mingəçevir Reqatası 2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik

30.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Mingəçevir, 30 sentyabr, AZƏRTAC

“Mingəçevir Reqatası-2026”da 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında idmançı yoldaşım Tengiz Qaqnidze ilə birinci olaraq, qızıl medal qazandıq. Rəqiblərimiz güclü idi, buna baxmayaraq, qalib olduq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin medalçısı Qiyas Əhmədov deyib.

Azərbaycan təmsilçisinin sözlərinə görə, turnirin üçüncü günündə 200 metr məsafədə yarışacaqlar. “Ən böyük arzumuz böyük yarışlarda yaxşı nəticə göstərmək, bayrağımızı ucalarda dalğalandırmaqdır”, - deyə Qiyas Əhmədov qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью