“Mingəçevir reqatası” Avropa təqvimində

05.04.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Avropa Kanoe Assosiasiyası “ECA” “Prezident Kuboku-2025” beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.

Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.

Təsdiqlənmiş təqvimə əsasən, iştirakçı komandalar bu il aprelin 28-də Bakıya gələcəklər. Bir gün sonra Mingəçevirdə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-da Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mayın 2-də final görüşləri keçiriləcək.

L.QURBANOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью