Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır

30.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevir, 30 sentyabr, AZƏRTAC

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci günündəki yarışlarda 1000 metr məsafəyə 2 nəfərlik kayak qayığı üzrə yarışlarda idmançı yoldaşımla ikinci yeri tutduq. Dayanmadan məşq edirdik, yarışa çox ciddi hazırlaşmışdıq. Küləkli havada tarazlığı qorumaq üçün qışda etdiyimiz məşqlər köməyimizə çatdı.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin gümüş medalçısı Elmir Tarverdiyev deyib.

İdmançı bildirib ki, əsas hədəfi birinci yerin, qızıl medalın sahibi olmaqdır: “Sabah 500 metr məsafədə yarışımız var. Həmin yarışda birinci yer uğrunda var-gücümüzlə mübarizə aparacağıq. Dünənki yarışda bürünc medal əldə etdim. Gələn yarışlarda da uğur qazanacağıma inanıram”.

Xatırladaq ki, Elmir Tarverdiyev yarışın birinci günündə 200 metr məsafəyə 1 nəfərlik kayak yarışında bürünc medal, ikinci günündə isə 1000 metr məsafəyə 2 nəfərlik kayak qayığı üzrə yarışlarda Mustafa Vəlizadə ilə birgə gümüş medal qazanıb.

Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью