Mingəçevir şəhərində ağaclar kütləvi şəkildə kəsilib: Polis hərəkətə keçdi

15.10.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Mingəçevir şəhərində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı video paylaşılıb.

Oxu.Az-ın məlumatına görə, videogörüntülərdə şəhərin 20 Yanvar küçəsində ağacların qırılması əks edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsində ağacların kəsilməsi faktı üzrə Şəhər Polis Şöbəsində prosessual araşdırma aparılır.

Araşdırmanın nəticəsi üzrə zəruri tədbirlər görüləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью