Mingəçevir Sənaye Parkında bədbəxt hadisə İşçinin barmaqları amputasiya edildi

02.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Mingəçevir Sənaye Parkında bədbəxt hadisə baş verib.

"Unikal"ın məlumatına görə, gecə növbəsində tekstil qurğusunda çalışan 1995-ci il təvəllüdlü əməkdaş Nəzrin Azad qızı Hüseynəlizadənin sol əli işlək vəziyyətdə olan qurğunun arasında qalıb.

Təcili xəstəxanaya çatdırılan yaralı qadın əməliyyat edilib və sol əlin 4 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью