Mingəçevir su anbarında batan gənclərdən birinin meyiti tapıldı

23.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən xəbərə görə, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью