Mingəçevir su anbarında zəlzələ olub

26.11.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.
Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью