Mingəçevir Toxuculuq Kombinatında BƏDBƏXT HADİSƏ: Qadının əli dəzgaha düşdü

02.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Mingəçevir şəhərində qadın iş yerində ağır xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Mingəçevir Toxuculuq Kombinatında baş verib.

Şəki rayon sakini və Mingəçevirdə yaşayan, 1995-ci il təvəllüdlü Nəzrin Heydərəlizadə bu gün gecə saatlarında toxuculuq kombinatında dəzgahda iş görərkən əli dəzgaha düşüb. Qadın xəstəxanaya çatdırılıb və onun sol əlinin 3 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью