Mingəçevir Turan Tovuz un futbolçusunu sıralarına cəlb etdi

11.02.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birinci Liqa təmsilçisi "Mingəçevir" növbəti transferini reallaşdırıb.

Fanat.Az-a klubdan verilən məlumata görə, bu qış heyətin yarıdan çoxunu yeniləyən mərkəzi aran təmsilçisi daha bir ön xətt oyunçusu ilə anlaşıb.

"Turan Tovuz"un 20 yaşlı  vingeri Nahid Əliyev heyətə qatılıb. 

Qeyd edək ki, "Mingəçevir" I Liqada 7 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью