Mingəçevir uçurum kənarında Məmmədov da maaşa həsrətdir, klubun əməkdaşları da

19.11.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-ci Liqa təmsilçisi "Mingəçevir"də vəziyyət gərgindir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun əməkdaşları sentyabr və oktyabr aylarının maaşını almayıblar.

Futbolçulara əməkgaqqı verilsə də, Ramiz Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusu da daxil olmaqla, aran təmsilçisinin işçilərinin heç biri son iki ayın məvacibini görməyiblər.

Qarşısına çempionluq məqsədi qoyulan, hazırda 13 xalla turnir cədvəlinin 3-cü pilləsində mövqe tutan kollektivin gələcəyinin necə olacağı bilinmir. Bilinən budur ki, klubun əməkdaşlarının da səbr kasası daşmaq üzrədir. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionun işçilərindən tutmuş, idman direktoru Zaur Qarayevə qədər hər kəs belə desək, partlama həddindədir.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью