Icma.az bildirir, Fanat portalına istinadən.
"Kəpəz"dən ayrılan Tural Rzayev yeni mövsümə harada başlayacağı müəyyənləşməyib.
Bunu Fanat.Az-a 31 yaşlı vingerin özü deyib:
"Kəpəz"dən ayrılmağım mənim üçün gözlənilməz olmadı. Qışda əsas komandadan uzaqlaşdırılmışdım. Hazırda karyeramı harada davam etdirəcəyim dəqiqləşməyib. "Mingəçevir" variantı var, o da hələ dəqiqləşməyib. Təklifləri nəzərdən keçirməyə hazıram. Əlbəttə ki, hələ karyeramı itirmək fikrim yoxdur. Müntəzəm oynaya biləcəyim komandada çıxış etmək istəyirəm. Nəyin necə olacağını zaman göstərəcək".
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol