Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər 5-6 radələrində Yevlax rayonunun Aran qəsəbəsindən Mingəçevir şəhər istiqamətində hərəkət edən "Kia" markalı avtomobilin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qəzada xəsarət alanlar Bərdə rayon sakinləri 34 yaşlı Tural Zeynalov və həmyaşıdları Asif Paşayev , Gülşən Paşayeva və 29 yaşlı Züleyxa Zeynalovadır.
Yaralılar Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib .
Xəstələrdən ikisinin vəziyyəti orta-ağırdır. Bir nəfərin isə qol nahiyəsi amputasiya olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.

Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu