Mingəçevirdə 10 yaşlı uşağı maşın VURDU

08.06.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mingəçevirdə 10  yaşlı uşağı maşın vurub

"Unikal"ın  məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Səadət" şadlıq sarayının yaxınlığında baş verib. "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 2015-ci  il təvəllüdlü İbadov Emin Saleh oğlunu vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı uşaq dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью