Mingəçevirdə 26 yaşlı gənc bıçaqlandı

31.12.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mingəçevirdə 26 yaşlı gənc bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə Sahil küçəsində baş verib. Belə ki, qarın nayihəsindən bıçaqla kəsik-deşik xəsarəti alan 1998-ci il təvəllüdlü şəhər sakini Məmmədli Ülvi Vüqar oğlu təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Yaralı ilk cavabında hadisənin guya sürüşmə və  təsadüf nəticəsində baş verdiyini qeyd edib

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью