Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında dava-dalaş olub.
“Qafqazinfo” xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
R. Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.