Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döyüb

04.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Dünən saat 12 radələrində Mingəçevir şəhərində 36 yaşlı Anar Abdullayev yeniyetməni döyərək xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью