Mingəçevirdə ağac maşınların üstünə aşdı FOTO

17.08.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevirdə qəfil qopan ağac yolda hərəkətdə olan iki avtomobilin üzərinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Aydın Məmmədov və 20 Yanvar küçələrinin kəsişməsindəki işıqforda  baş verib.

Belə ki, qopan ağac iki minik avtomobilinin üzərinə aşıb. Hadisə zamanı avtomobillərə zərər dəyib. Nəqliyyatın normal hərəkətinə müvəqqəti məhdudiyyət yaranıb.

Zərərçəkən olmayıb.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью