Mingəçevirdə ağır QƏZA Xəsarət alan var

06.10.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, Yeni köçkün şəhərciyi ilə Günəşli yaşayış massivinin yaxınlığından keçən ərazidə olub.
"Mercedes" markalı avtomobil motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1997-ci il təvəllüdlü motosikletçi Qarayev Təbriz Ramiz oğlu təcili xəstəxanaya yerləşdirilib.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью