Mingəçevirdə ağır qəza Yaralılar var

17.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Süleymanov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Pərviz Quliyevə məxsus “Chevrolet” markalı maşınla toqquşub.

Nəticədə “KİA”da olan sərnişinlər Ucar rayon sakini 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью