Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Mingəçevirdə baş verən qəzada ölənlərin sayı artıb.
"Unikal"ın məlumatına görə, “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşması nəticəsində ağır xəsarət alan 2020-ci il təvəllüdlü Həbliyev Adəm Amil oğlunun həkimlər xilas edə bilməyib.
Aparılna müalicə tədbirlərinə baxmayaraq o dünyasını dəyişib.
Qeyd edək ki, Adəmin anası Yasəmən Həbliyeva aldığı xəsarətlərdən hadisə yerindəcə ölmüşdü. Nəticədə qəzada ölənlərin sayı 2-yə çatıb.
Ehtiram Muradov XXX 09:46 Xəbər verdiyimiz kimi, bu gün gecə saat 01 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
"Unikal"ın məlumatına görə, nəticədə "Mercedes"in sürücüsü Elgiz İsmayılov, sərnişinləri - 1980-ci il təvəllüdlü Əlzamin Mirzəyev, arvadı 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1973-cü il təvəllüdlü Təyyub Məhərrəmov, 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva, 1983-cü il təvəllüdlü Habil Həbliyev, eləcə də sonuncunun azyaşlı oğlu xəsarət alıb və arvadı, 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
08:42 Mingəçevirdə baş verən ağır qəza zaman 1989-cu il təvəllüdlü Həbliyeva Yasəmən Fəxrəddin qızı dünyasını dəyişib.