Mingəçevirdə ağsaqqallarla görüş

31.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mingəçevir Şəhər İcra Hakimiyyətində şəhər ağsaqqalları ilə görüş keçirilib. Görüşü Mingəçevir ŞİH-in başçısı İlham İsmayılov açaraq bildirib ki, Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı layihələrinə əsasən ölkəmizin bütün bölgələrində 2004-cü ildən bəri geniş abadlıq-quruculuq, əsaslı təmir işləri aparılır. Bütün bunlar regionların inkişafı, vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.

Mingəçevirdə həyata keçirilən layihələrin sahəsi ilbəil genişlənir. Son illər ərzində şəhərdə 26 nümunəvi məhəllə yaradılıb, 200-dən çox yaşayış binası təmir edilib, 5 yeni park salınıb, 2 parkın ərazisi genişləndirilib, 7 parkda yenidənqurma işləri aparılıb, həmin ərazilərə sakinlərin istirahəti üçün idman qurğuları və digər avadanlıqlar yerləşdirilib.

Görüşdə çıxış edən şəhər ağsaqqallarından Mustafa Muradov, İntiqam İbadov, Etibar Əhmədov, Adil İsmayılov, Rizvan Mikayıllı, Yunis Yolçuyev, Əbülfət Ədilov, Famil Əhmədov, Vaqif Sadıxov, Zahid Qasımlı, Sərdar Xankişiyev, eləcə də ziyalı xanımlardan İranə Həsənova, Sevil Əlişova, Ədalət Quliyeva ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti bəyəndiklərini bildiriblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью