Mingəçevirdə ahıl kişi adam bıçaqladı

06.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında  qeydə alınıb. Belə ki, şəhər sakini 61 yaşlı Nəsimi Məmmədov 36 yaşlı Tural Rəhimovun başına və gözünə bıçaqla yüngül xəsarət yetirib. T.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə  buraxılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs saxlanılıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью