Mingəçevirdə avtobus yandı

13.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Mingəçevirdə sərnişin avtobusunda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə 8 saylı marşurut avtobusu Heydər Əliyev prospekti boyunca hərəkətdə olduğu zaman baş verib. Belə ki, avtobusun maqnitofon qurğusundakı elektrik naqillərində yaranan problem alova səbəb olub. Hadisə yerinə FHN yanğınsöndürənləri gələrək yanğını söndürüb, zərərçəkən olmayıb.

Ehtiran Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью