Mingəçevirdə avtomobil kanala düşdü, xəsarət alan var

29.03.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Mingəçevirdə idarəetmədən çıxan avtomobil kanala düşüb, sürücü xəsarət alıb.

“Unikal”ın məlumatına görə, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib. “Renault” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.

Qəza nəticəsində 33 yaşlı sürücü Babək Mehdiyev yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью