Mingəçevirdə avtomobil piyadanı vuraraq öldürdü

27.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 27-də saat 8 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub.

Oxu.Az-ın məlumatına görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью