Mingəçevirdə avtomobillər toqquşdu, xəsarət alanlar var

17.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə Yüksək Texnologiyalar Parkı yaxınlığında qeydə alınıb. Belə ki, "VAZ 2115" markalı avtomobil "VAZ 2107" markalı minik vasitəsi ilə toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью