Mingəçevirdə avtoqəzada xəsarət alan şəxs xəstəxanada ölüb

12.06.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mingəçevirdə avtomobil qəzası nəticəsində xəsarət alan şəxs xəstəxanada həyatını itirib. SİA-nın məlumatına görə, 1986-cı il təvəllüdlü İmran Zeynalov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, İ.Zeynalov bir neçə gün əvvəl Mingəçevirdə avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью