Mingəçevirdə bədbəxt hadisə Ölən var

01.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Hündürlükdən yıxılan  52 yaşlı kişi xəstəxanada ölüb. 

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Baxışov Amil İlqar oğlu usta kimi çalışdığı obyektdə hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya aparılan 52 yaşlı kişini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью