Mingəçevirdə binanın blokundan gürzə çıxdı FOTOLAR

02.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevirdə 5 mərtəbəli binanın blokundan gürzə ilanı çıxıb.

"Unikal"ın  məlumatına görə, hadisə M.Ə.Sabir küçəsi 3 saylı ünvandakı yaşayış binasının blokunda qeydə alınıb.

İlan orada çalışan usta tərəfindən öldürərərək zərərsizləşdirib.

Məsalə ilə bağlı Dezenfeksiya Stansiyasından "Unikal"a  bildirib ki, hadisə barədə məlumatlıdırlar və Mənzil Təaərrüfatı və Abadlaşdırma İdarəsi ilə müvafiq addımlar atılacaq. Eyni zamanda açıqlamada o da qeyd  olunur ki, bu yaxınlarda şəhərin Nizami küçəsində də oxşar hadisə yaşanıb. O zaman isə ilan evdə peyda olub və ev sahibi tərəfindən öldürülüb. M.Ə.Sabir küçəsində baş vermiş hadisə ilə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsiinin  daxil olan müraciət əsasında əməkdaşlar əraziyə baxış keçirib.1 saylı Mənzil İstismar Sahəsinin müdiri Yaqub Yadigarovun verdiyi məlumata görə ərazidə ilan görünməsi kimi bir  hadisə ilk dəfədir ki, müşahidə olunur. Bina və zirzəmi əməkdaşları tərəfindən dezenfeksiya olunub.

Ehtiram Muradov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью