Mingeçevirdə çimərlikdə ölən Rəşadın görüntüsü (Video)

14.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Mingəçevir Su Anbarının ərazisində yerləşən çimərlikdə baş verən faciə nəticəsində Tərtər sakini, 24 yaşlı Rəşad Çərkəzli boğularaq həyatını itirib.

Milli.Az xəbər verir ki, hadisədən sonra gəncin sağlığında lentə alınmış görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda Rəşad Çərkəzlinin avtomobildə sükan arxasında dostları ilə birlikdə səmimi və əyləncəli anlar yaşadığı əks olunub.

Qısa zamanda yayılan video izləyiciləri kövrəldib. Sosial şəbəkə istifadəçiləri paylaşımın altına mərhumun ailəsinə və yaxınlarına başsağlığı mesajları yazaraq, ona Allahdan rəhmət diləyiblər.

Milli.Az həmin görüntüləri oxucularına təqdim edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью