Mingəçevirdə çimərlikdən şəhərə enən yük maşını qəza törətdi

23.07.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mingəçevirdə çimərlikdən şəhərə enən yük maşını qəza törədib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə şəhərin çimərlik yolunda baş verib.

Bozdağın ətəyindən çimərlik yolu ilə şəhərə enən "Kamaz" markalı yük maşını önünə çıxan minik avtomobili ilə toqquşaraq idarəetmədən çıxıb.

Daha sonra yük maşını yol kənarına çıxaraq dəmir hasara çırpılıb.

Faktla bağlı araşdırma başlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью