Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb | Icma.az
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq. Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ-yə daxil olmuş müraciət əsasında həyata keçirilən tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlı Vüqar İdrisov saxlanılıb.
O, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu