Mingəçevirdə dirəyə çırpılan BMW nin sürücüsü öldü

12.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mingəçevirdə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, iyunun 5-də Mingəçevirdə BMW markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılmışdı. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov və sərnişini, 2003-cü il təvəllüdlü Əhməd Əhmədov ağır xəsarət alaraq xəstəxanaya çatdırılmışdılar.

Bu gün səhər saatlarında İmran Zeynalov xəstəxanada ölüb.

Mingəçevirdə dirəyə çırpılan BMW-nin sürücüsü öldü

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью