Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Mingəçevirdə evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşı imiş.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə dünən şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.
Həmin ünvandakı evdə meyitləri aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Mərhum Mustafa Babayevin qudası - yeganə qızının qayınatası Nuraləm Əsgərovun verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan cütlük mehriban və xoşbəxt yaşayıb.
Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb, ailəsi üçün xoş güzəran yaradıb.
Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayət
Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub. Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.