Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

23.03.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mingəçevirdə bədbəxt hadisə ölümlə nəticələnib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, 1941-ci il təvəllüdlü Rahilə Mahyəddin qızı Osmanovanın yaşadığı evdə qaz sızması səbəbilə partlayış baş verib.

Qadın aldığı yanıq xəsarətləri nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью