Mingəçevirdə futbolçu vəfat etdi

19.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mingəçevir futbolunun tanınmış simalarından olan funksioner Elbrus İsmayılov dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, futbol veteranı 66 yaşında qəfil ürək tutmasından vəfat edib.

Qeyd edək ki, Elbrus İsmayılov futbolçu karyerası dövründə Mingəçevirin "Kür-Nur" komandasının heyətində uğurlu çıxışları ilə yaddan qalan simalardan olub. Veteran futbolçu sonrakı illərdə Mingəçeviri ölkə çempionatlarında təmsil edən "Energetik" klubunun vitse-prezidenti vəzifəsini icra edib.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью