Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə ustad dərsi keçiriləcək

31.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Mingəçevirdə “Gimnastika hamı üçün” növü üzrə "ustad dərsi" keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbir fevralın 2-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.

Seminar “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi Ruslan Eyvazov tərəfindən keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью