Mingəçevirdə güclü külək fəsadlar törədib

14.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Mingəçevir şəhərində güclü külək bir sıra fəsadlara səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində bir neçə ağac aşıb, elektrik xətləri sıradan çıxıb.

Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, bölgədə küləkli hava şəraiti müşahidə olunur.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью