Mingəçevirdə iki avtomobil toqquşdu

05.02.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mingəçevirdə idarəetmədən çıxan maşın yaşıllıq zolağına girib.

"Unikal"ın məlumatına görə, hadisə Texnologiyalar Parkı yaxınlığında baş verib. Belə ki, iki avtomobil toqquşub.

İdarəetmədən çıxan "Mercedes" yol kənarındakı yaşıllıq zolağına düşüb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью